5 aprel 2014 20:05
Əhmədov: Bu materialla oyun udmaq çətindi
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Hər oyuna qələbə üçün çıxırıq. Oyunçuları bacardığımız qədər qol vurmağa kökləmişdik. Qol imkanlarımız da var idi. Amma təcrübəsizlik öz sözünü dedi. "Qarabağ" da çətin rəqibdir. Boş bir yer tapa bilmirdik ki, həmin yerdən istifadə edək. Oyunun gedişini dəyişə bilən oyunçumuz yoxdur. Cavid yorulmuşdu, onu kimlə əvəzləyəcəyimizi bilmirdik. Komandanın oyununda irəliləyiş var. Mən hücum futbolu oynayıram, bu materialla oyun udmaq çətindi".
