Qurban Qurbanov: Hələ çempionluqdan danışmaq tezdi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyun sönük keçdi, buna baxmayaraq, vacib 3 xal qazandıq. Bu gün AZAL bizim üçün tanış olmayan rəqibdir, oyunda sürpriz nəticə də ola bilərdi. Gələcəkdə Tərlan Əhmədovun rəhbərliyi altında öz oyun üslubu olacaq. Hesabda geridə olmalarına baxmayaraq, oyun intizamını pozmadılar. Tərlan Əhmədovun AZAL-a baş məşqçi təyin olunmasına sevindim, ona uğurlar arzulayıram. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Bakının mərkəzindən bir az uzaqda oynasaq da, oyuna gəldilər. Legioner limitinə görə bu gün əsas heyətdə Vüqara şans verdim. Həm Vüqara, həm də Leroya şans verməyə çalışıram. Hələ çempionluqdan danışmaq tezdir. Qarşıda 7 oyun var, bu da 21 xal edir. Əvvəlcədən proqnoz verməyi xoşlamıram”.
