5 aprel 2014 19:32
Kurtar: Futbolçu həftədə iki oyun oynamalıdı
"Rəvan"ın baş məşqçisi Güvenç Kurtar Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "aslanlar"ın türkiyəli çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyuna yaxşı başladıq. Lakin ilk 10 dəqiqədən sonra rəqib çox yaxşı oynadı. İlk hissədə bir şey edə bilmədik, amma 2-ci hissədə üstün oynadıq. 2-ci hissədəki oyunla qalib gəlməli idik, təəssüf ki, alınmadı. Bir neçə qol epizodundan istifadə edə bilmədik. Oynamayan futbolçulara şans verirəm ki, lazımi idman formasına düşsünlər. Bu tempə alışmaq lazımdı. Futbolçu həftədə iki oyun oynamalıdı ki, daha sürətli tempdə oynasın”.
