5 aprel 2014 19:25
Aqil Məmmədov: İki fərqli hissə izlədik
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Maraqlı oyun oldu. İki fərqli hissə izlədik. İlk hissə bizim üstünlüyümüzlə keçdi. İkinci hissədə əks-hücumda oynamaq istədik, amma alınmadı. Rəqib bizi müdafiəyə çəkilməyə məcbur etdi. Andrey Popoviç AZAL-la oyunun qəhrəmanı idi, bu oyunun isə anti-qəhrəmanı oldu. Futbolda belə də olur”.
