5 aprel 2014 15:28

Matiya Şpiçiç: Xal toplamaq və məqsədə doğru addımlamaq lazımdır

“İnter”in xorvat müdafiəçisi Matiya Şpiçiç klubun rəsmi saytına müsahibəsində “Rəvan”la keçirilən matçdan (3:0) danışıb, oyunu barədə fikirlərini açıqlayıb, komandanın çempionatdakı perspektivləri mövzusuna toxunub və digər suallara cavab verib. Azerisport.az Şpiçiçin müsahibəsini diqqətinizə çatdırır:

- Ötən tur “Rəvan”la oyun demək olar iki çəkdi, lakin buna baxmayaraq “İnter”ə lazım olan nəticəni əldə etmək müyəssər oldu.
- Hava şəraiti gözlənilməz faktordur. Hər iki komanda bazar günü matçına köklənmişdi, lakin pisləşən hava bütün planları pozdu və matç bir günə sonraya təxirə salındı. Bununla belə, uşaqlara oyuna köklənmək və özlərini göstərmək müyəssər oldu.
- Amma sizi belə hava yəqin o qədər də təəccübləndirmədi. Axı siz Rusiyanın ən şimal klublarındna birində-Novosibirskin “Sibir” komandasında çıxış etmisiniz.
- Bəli, “Sibir”də oynayanda belə hava şəraitiylə qarşılaşırdıq. Lakin belə küləklə qarı heç zaman görməmişdim, “Rəvan”adək belə havada oynamamışdım.
- Oyunsonrası statistik hesabatlarda sizin adınızı meydançada ən çox məsafə qət etmiş futbolçuların siyahısında demək olar həmişə tapmaq olar.
- Etiraf edim ki, buna böyük diqqət ayırmıram. Meydançaya çıxarkən sadəcə işimi yaxşı yerinə yetirməyi düşünürəm və bu, mənim üçün əsasdı.
- Komandanın baş məşqçisi Kaxaber Tsxadadzenin istifadə etdiyi taktiki sxemdə sizə hücumlarda böyük rol verilir. Belə taktiki sxemə tam uyğunlaşa bilmisiniz?
- Etiraf edirəm ki, belə sxem mənim üçün hətta 4 müdafiəçilə oynamaqdan daha rahatdır. Belə taktika hücumlara daha çox qoşulmağa imkan verir. Məhz buna görə çempionat oyunlarında bir neçə qol vurmaq mənə müyəssər oldu.
- Hazırda komanda turnir cədvəlində 3-cü yeri tutur, lakin qarşıda “İnter”i 8 əsas oyun gözləyir. Sizin nəzərinizcə, “İnter”ə mövsümü özünə lazım olan mövqedə başa vurmaq müyəssər olacaqmı?
- Komanda buna inanır. Hər oyun bizim üçün vacibdir. Xal toplamaq və məqsədə doğru addımlamaq lazımdır. Hər oyuna köklənmək lazımdır, yalnız bu halda avrokuboklara düşə bilərik.
- Ötən il siz “İnter”in heyətində avrokuboklarda debüt etmisiniz. Yəqin daha bir qitəmiqyaslı  turnirdə iştirak etmək istəyirsiniz?
- Avrokuboklar- unikal yarışdır. Hər bir futbolçu avrokubok oyunlarında iştirak etmək istəyir. Ümid edirəm ki, bu turnirə düşə biləcəyik. Cari mövsümdə biz yaxşı çıxış edirik və çempionatın nəticələrinə görə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların sırasına düşmək istəyirik.
- Qarşıda komandanı “Simurq”la səfər oyunu gözləyir. Bazar günü keçiriləcək oyun barədə nə deyə bilərsiniz?
- “Simurq”-güclü rəqibdir. Bizi çətin oyun gözləyir. Bəli, komandamız yaxşı formadadır, kollektivdə yaxşı atmosfer hökm sürür, bununla belə, anlayırıq ki, bu matç asan olmayacaq. Rəqib doğma tribunalar qarşısında oynayır və onlar bu üstünlükdən istifadə etməyə çalışacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.