5 aprel 2014 14:28
Millimiz FIFA reytinqində rekordunu qıracaq
Millimiz FIFA reytinqində tarixi ərzində ən yüksək göstəricisinə imza atacaq. Azerisport.az xəbər verir ki, aprel ayının yekunlarına görə Berti Foqtsun yetirmələri 398 xalla 85-ci pilləyə yüksələcək ki, bu da mart ayı ilə müqayisədə altı pillə yüksəkdir.
İndiyə qədər yığmamızın FIFA reytinqində ən yüksək göstəricisi 2013-cü ilin oktyabrında əldə edilmiş 88-ci pillə idi.
FIFA aprel ayının rəsmi reytinq cədvəlini aprelin 10-da dərc edəcək.
