5 aprel 2014 14:14

Ağasəlim Mircavadov: Qarabağ, Neftçi və Xəzər Lənkəran üç xalını qazanacaq

Futbol mütəxəssisi Ağasəlim Mircavadov TPL-in 29-cu turu çərçivəsində keçiriləcək oyunların nəticələri ilə bağlı ehtimallarını azerisport.az saytı ilə bölüşüb:

Rəvan - Sumqayıt
Bu yaxınlarda AFFA prezidenti Rövnəq Abdullayevin Premyer Liqa klublarının sayında dəyişiklik olmayacağı haqda bəyanatından sonra, bu oyunun necə başa çatacağını demək çox çətindir. Hər iki komanda qələbə uğrunda mübarizə aparacaq. Ancaq mən hesab edirəm ki, heç-heçə olacaq.
Xəzər Lənkəran - Qəbələ
Səhv etmirəmsə, on gündən sonra (16 aprel), onlar Kubokun yarımfinalında da üzləşəcəklər. Düşünürəm ki, qalib tərəf qarşıdakı oyunda da üstünlük əldə edəcək. Ancaq ümumilikdə, hesab edirəm ki, “Xəzər Lənkəran” qalib gələcək.
AZAL - Qarabağ
Hər il AZAL “Qarabağ”a problemləör yaşadır, xallar alır. Düzdür, indi “təyyarəçilər” bu vəziyətdə deyillər. Ancaq Tərlan Əhmədovun komandanın baş məşqçisi vəzifəsi gəlişi ilə onlar yəqin ki, öz oyunlarını yaxşılaşdıracaqlar. Buna rəğmən, çətin ki, onlar bu dəfə “Qarabağ”ı dayandıra bilsinlər. Ağdamlılar indi hərəkətdə olan lokomotivə bənzəyir. Beləliklə, “atçılar” üç xalı götürəcəklər.
Simurq - İnter
“İnter” indi yaxşı vəziyyətdədir. Həmçinin, psixoloji nöqteyi-nəzərdən. Bununla belə, uğursuzluq təqdirində “bankirlər” medallar uğrunda mübarizəsini təhlükə altında qoya bilərlər. Təxmin edirəm ki, “İnter” üstün olacaq.
Neftçi - Bakı
Son vaxtlar “neftçilər” öz oyununu sabitləşdiriblər. İndi onlar yaxşı futbol göstərir. Düşünürəm ki, bu oyunda məhz “Neftçi” qalib gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.