5 aprel 2014 13:22
Berti Foqts iki oyuna baş çəkəcək
Azərbaycanın milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının XXIX turu çərçivəsində keçiriləcək AZAL - "Qarabağ" və "Bakı" - "Neftçi" oyunlarına baş çəkəcək. Azerisport.az xəbər verir ki, baş məşqçinin köməkçisi Aslan Kərimov "Xəzər Lənkəran" - "Qəbələ" qarşılaşmasını, Mahmud Qurbanov isə "Rəvan" - "Sumqayıt" matçını izləyəcək.
