5 aprel 2014 01:22
Rəvan Sumqayıta qarşı oyuna hazırdır
Sabah Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Sumqayıt” ilə üz-üzə gələcək "Rəvan” artıq bu görüş üçün hazırlığı başa vurub. Dünən "Bayıl Arena”da keçirilmiş axşam məşqi bu baxımdan sonuncu olub.
Ənənəvi olaraq yetirmələrinə oyunöncəsi yüngül məşq verən baş məşqçi Güvənc Kurtar heyətdə zədəli və cəzalı oyunçunun olmamasına sevinir. Elə buna görə də məşqdə əvəzedici komandada oyuna çıxmış futbolçulardan başqa, hamı iştirak etdi.
Qeyd edək ki, "Rəvan” - "Sumqayıt” oyunu bu gün 17:00-da başlayacaq.
(Rəvan FK rəsmi saytı)
