4 aprel 2014 00:40

İlqar Qurbanov: Vaqif yoxsa Reynaldo - kimin bombardir olacağının fərqi yoxdur

“Qarabağ”ın futbolçusu İlqar Qurbanov azerisport.az saytına müsahibəsində “Qəbələ” üzərində qələbədən, komandanın çempionluq sevdasından, Reynaldo ilə Vaqif Cavadovun bombardirlik mübarizəsindən danışıb:

- “Qəbələ” ilə matçda “Qarabağ” asanlıqla qələbə qazandı. Rəqib zəif oynadı yoxsa “Qarabağ” “Qəbələ”ni yaxşı öyrənmişdi?
- İlk olaraq, qeyd edim ki, “Qəbələ” ilə oyun hər zaman çətin olur. Bu komanda yaxşı futbolçulara malikdir. Üstəlik 90 dəqiqə mübarizə aparırlar. Təslim olmurlar. Təcrübəli məşqçiləri var. “Qarabağ”ın qələbəsi rəqibin zəif olması demək deyil. Fiziki cəhətdən “Qəbələ” futbolçuları yaxşı hazırlıqlı idi. Meydanın qarla örtülməsi işimizi lap çətinləşdirdi. Əsas odur ki, 3 xal bizim oldu. 

- 3 qol vurmağınız rəqibin o qədər yaxşı oynamaması deməkdir...
- “Qəbələ” futbolçuları uzun ötürmələrlə mübarizə aparırdı. Bu, bizə bir qədər çətinlik yaratdı. Amma futbolçularımızın qələbə istəyi daha çox idi. Həm də, səhvlərdən maksimum faydalandıq. “Qarabağ” yaxşı oynadı və layiqli qələbə qazandı. Çempion olmaq istəyiriksə, bütün rəqibləri məğlub etməliyik.

- “Qəbələ” üzərində qələbə ilə həm də kubokdakı məğlubiyyətin əvəzini çıxdınız...
- İnanın, biz revanş haqda düşünməmişik. Futbolda revanş haqda düşünəndə istədiyin alınmır. Meydana sakitcə çıxıb öz oyunumuzu oynadıq. Bizim üçün vacib qələbə qazanmaq idi. Kubokdakı məğlubiyyət artıq unudulub. İndi bizi düşündürən, çempion olmaqdır.

- “Qarabağ” sanki hər rəqibə çoxlu qol vurmaq istəyir. Bu nə ilə əlaqədardır?
- Sadəcə, qol şanslarından maksimum faydalanmaq istəyirik. Bizə elə bir həvəs gəlib ki, hər oyunda çoxlu qol vurmaq istəyirik. Bu, sadəcə, təsadüfdür. Məqsədimiz bütün rəqiblərə “Qarabağ”ın çempionluğa layiq olduğunu sübut etməkdir. 

- “Qarabağ” intriqanı öldürdü. Ötən illər lider bu qədər fərqlə digər komandaları qabaqlamamışdı...
- İntriqa ölməyib. 10 xal irəli olsaq da, hər matça qələbə üçün çıxırıq. Baş məşqçi Qurban Qurbanov hər oyuna qələbə üçün çıxmağı tapşırıb. Məşqçimiz hər görüşdə bizdən qələbə tələb edir. Fərq 15 xal olsa belə, biz bütün rəqiblər üzərində qələbə qazanacağıq.

- Reynaldo bombardirlər siyahısında Vaqif Cavadovu keçdi. Səncə, Reynaldonun məhsuldarlığının sirri nədədir?
- Reynaldo yaxşı futbolçudur. “Qarabağ”ın uğurları üçün çalışır. Onun qolları komandanın qələbə qazanmasına kömək edir. Biz də komanda oyunu var. Kimin qol vurması vacib deyil. Vaqif Cavadov da mənə doğma insandır. Onun uğurlarına hər zaman sevinmişəm. “İnter”in heyətində yaxşı oynayır və hər görüşdə fərqlənməyə çalışır. 

- Sən kimin bombardir olmasını istəyərdin?
- Bombardirin kim olacağı o qədər önəmli deyil. Əsas, “Qarabağ” çempion olsun. Reynaldonun uğurları bizim ümumi komandamızın qələbəsidir. Vaqif üçün də əsas, məncə, “İnter”in avrokuboklara düşməsidir. Cavadov bunun üçün çox çalışır. İndiki halda Reynaldo bombardir olmağa daha yaxındı. Fikrimcə, qarşıdakı turlarda özünü yenə sübut edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.