4 aprel 2014 00:22
Bışovets: Oyunçulardan heyətə düşmək üçün pul almağım barədə Andronov Syominin dilindən deyib
Rusiya yığmasının və “Lokomotiv”in sabiq baş məşqçisi Anatoli Bışovets müsahibəsində “Qəbələ”nin baş məşqçisi Yuri Syominlə mübahisəsi haqda danışıb. Azerisport.az Bışovetsin müsahibəsini diqqətinizə çatdırır:
- Düşməniniz kimdir?
- Mənim düşmənim yoxdur. Həyata və futbola məndən fərqli baxışım olan adamlar var: Koloskov, Syomin, Qazzayev, İqnatyev, Qerşkoviç.
- Bir jurnal yazırdı ki, əsas heyət düşmək üçün siz oyunçulardan pul alırsınız. Əgər oradan zəng etsələr, söhbətləşərsiz?
- Bu haqda ilk dəfə Andronov deyib. Kimin ağzından - Syominin. Axı onlar dostdur. Mübarizə gedirdi və kimsə mənim yerimə olmağı çox istəyirdi. Biz hamımız dinə bağlıyıq. Din isə deyir: cəzanı insan deyil, Allah verər. Hanı indi o kəslər, o dostlar?
- Onları bağışladınız?
- Bağışlamaq olar. Bəs necə unudum? Bağışlamaq çətindir, çünki, onların sözlərini mənim dostlarım, ailəm, uşaqlarım, nəvələrim eşidiblər. Onlar kimsə, guya mənim rüşvət aldığımı deyir. Bu biznesdə sən həmişə kiməsə mane olursan və mənə tez-tez deyirlər ki, mən onların sxeminə uyğun gəlmirəm. Deməli, hər şeyi düzgün edirəm. Bu, demək olar ki, iltifatdır.
(Sovetski sport)