4 aprel 2014 12:00

Draqan Çeran: Mənim üçün əsas hədəf Simurqun qələbəsidir

“Simurq”un serbiyalı legioneri Draqan Çeran klubun rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, hazırda klubun ən məhsuldar futbolçusu olan Çeran, “Simurq”a gəlişindən və cari mövsümdəki oyunlar haqqında sualları cavablandırıb:
Draqan, necə oldu ki, “Simurq”a gəlməyə razı oldun?
- Mövsümün əvvəlində bir çox təkliflərim var idi. Ancaq bir gün menecerim zəng etdi və soruşdu ki, Azərbaycanda oynamaq istəyərsən? “Simurq”dan sənə rəsmi təklif var. Mən də müsbət cavablandırdım və komandanın düşərgəsinə qoşuldum. Danışıqlar apardıq və müqavilə imzaladıq.  
Bu qərarına görə  peşman deyilsən?
- Xeyr, əksinə vaxt ötdükcə düzgün qərar verdiyimə əmin oluram. Buradakı vəziyyətimdən çox razıyam.
Hücumçu kimi oynamaq rahatdır, yoxsa pleymeyker?
- Hücumçudan hər kəs hər zaman qol gözləyir. Bu zaman da, futbolçu üzərində daima təzyiq hiss edir. Ancaq pleymeyker oynamaq mənə çox rahatdır. Çünki “Simurq”a qədər karyeram ərzində yalnız o mövqedə oynamışam. Ancaq bura gəldikdən sonra məşqçi mənə hücum xəttində şans verir. Çalışıram ki, bu işin öhdəsində bacardığım qədər gəlim. Oyunlarda göstərir ki, bu mövqedə də pis deyiləm (gülür).
-  Geridə qalan oyunları “Simurq”üçün necə dəyərləndirirsən?
- Bəzi oyunlarda çox yaxşı nəticələr qazandıq, bəzilərində isə yox. Ümumi baxsaq, göstərdiyimiz nəticələrdən heç də razı deyiləm. Hətta elə oyunlarda oldu ki, meydanda rəqibdən üstün oynadığımız halda məğlub olduq və ya heç nədən xal itirdik. Bu da bizə turnir cədvəlində pis təsir etdi. Ancaq ümidsiz deyiləm. Hələ qarşıda bizim səkkiz oyunumuz var.
Artıq mövsümün sonuna yaxınlaşırıq. Karyeranı burada davam etdirmək istəyərsən?
- Hazırda bu məsələ açıq qalıb. Ancaq niyə də olmasın. “Simurq”da özümü çox yaxşı hiss edirəm. Komandada yaxşı insanlar çalışır. Klub prezidentindən və məşqçilərimdən razıyam. Əgər “Simurq” növbəti mövsümdə məni heyətində saxlamaq istəsə, bunu müsbət dəyərləndirəcəyəm.
“Simurq”un heyətində ən çox yadında qalan oyun hansıdır?
- Heç bir oyunu unutmaq istəmirəm. Fikrimcə, istədiyim səviyyədə oynamaq üçün geridə qalan qarşılaşmaları yaddan çıxarmamalıyam. Etdiyim səhvləri xatırlayıb, onları düzəltməyə çalışmalıyam. Ancaq belə qalib gəldiyimiz heç bir qarşılaşmanı unutmamışam  
Komandanın ən məhsuldar futbolçususan. Çempionatın sonuna qədər qollarının sayını çoxaltmaqla bağlı hədəfin var?
- Vurduğum bütün qollar mənim yox, bütün komandanın məhsuludur. Əlbəttə, oyunda fərqləndiyim vaxt çox sevinirəm. Ancaq qol vurmaqdan çox, hər zaman komandamızın sonda qazanacağı müsbət nəticəni fikirləşirəm. Mənim üçün əsas hədəf “Simurq”un qələbəsidir.
Zaqatalada günlərin necə keçir?
- Düzün desək, Zaqatalada yaşamaq çox çətindir. Ancaq biz professionalıq. Buna görə də, ancaq futbol haqqında düşünməliyik və bütün diqqətimizi buna yönəltməliyik.  
Azərbaycan yeməkləri ilə aran necədir?
- Yeməkləriniz çox yaxşıdır. Böyük əksəriyyətini bəyənirəm.
Azarkeşlərimiz haqqında nə deyərdin?
- Onlar möhtəşəmdirlər. Harada oynamağımızdan asılı olmayaraq gəlib bizi dəstəkləyirlər. Hər bir qələbəmizdə onların rolu böyükdür. Buna görə təşəkkür edirəm və bizi daima dəstəkləmələrini istəyirəm.
Səncə “Simurq” mövsümü neçənci pillədə başa vuracaq?
- Biz hələ Avroliqaya düşmək şanslarını itirməmişik. Buna görə də, son oyuna qədər mübarizə aparacağıq. Qarşıda səkkiz tur var və bu görüşlərdən maksimum xal toplamağa çalışacağıq. Bu, futboldur. Hər şey ola bilər. Həvəsdən düşməməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.