4 aprel 2014 11:22
Xəzər Lənkəranın təyyarəsi də olacaq
Bir neçə gün əvvəl Türkiyəyə yollanan "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli, görünür, vətənində olarkən təkcə seçkilərdə səs verməklə kifayətlənməyib və o, qardaş ölkədən maraqlı bir xəbərlə qayıdıb. Azerisport.az xəbər verir ki, Dənizli aprelin 3-də Lənkəranda baş tutan məşqdən öncə keçirdiyi qısa toplantıda futbolçuları təbrik edərək belə deyib:
Təbrik edirəm, artıq komandanın öz təyyarəsi olacaq və bundan sonra avtobusla yol qət edib yorulmayacaqsız. Səfər matçlarına Lənkəran hava limanından öz təyyarəmizlə uçacağıq.
Xatırladaq ki, Xəzər Lənkəran klubunun sahibi Mübariz Mənsimovun prezidenti olduğu Palmali şirkətlər qrupunun nəzdində Palmali Air şirkəti də fəaliyyət göstərir.
(12-ci oyunçu)