4 aprel 2014 19:55
UEFA Kubokunun Dördlər finalına biletlərin qiyməti açıqlanıb
Bakıda keçiriləcək futzal üzrə UEFA Kubokunun Dördlər finalına biletlərin qiyməti açıqlanıb. Azerisport.az xəbər verir ki, bütün biletlərin qiyməti 2 manatdır.
Arzu edənlər biletləri “Sərhədçi” idman olimpiya kompleksindən və həmçinin, 28 Mall Ticarət Mərkəzindən əldə edə bilərlər.
Xatırladaq ki, Dördlər Finalında ölkəmizin təmsilçisi “Araz”la yanaşı Barselona (İspaniya), Dinamo (Moskva, Rusiya) və “Kayrat” (Qazaxıstan) çıxış edəcək. Oyunlar 24-26 aprel aralığında keçiriləcək.
(UEFA)
