4 aprel 2014 17:40

Oğuz Çətin: Azərbaycan Kubokunda finala vəsiqə qazanaraq, Neftçi ilə yenidən qarşılaşmaq istəyirik

“Xəzər Lənkəran”ın məşqçisi Oğuz Çətin azerisport.az saytına müsahibəsində Premyer Liqada uğursuz silsilədən, “Qəbələ” ilə görüşdən və Kubokdakı mübarizədən danışıb:

- Premyer Liqanın növbəti turunda komandanı “Qəbələ” ilə matç gözləyir. Bu komanda həm də kubokun yarımfinalında sizə rəqib olub...
- “Qəbələ” klubu ilə oyunumuz xüsusilə vacib görüş olacaq. Bu oyuna ciddi hazırlaşırıq və matçın əhəmiyyətini dərk edirik. Son ay çempionatda istəmədiyimiz nəticələr oldu. Kubokda yarımfinala vəsiqə almağımız müəyyən mənada bizi sevindirdi. İndi həmin rəqiblə çempionat matçında görüşürük. Sanki “Xəzər Lənkəran” - “Qəbələ” duelinin ilk hissəsi olacaq. Komandamızda bəzi itkilər var. Hazırda həkimlər həmin futbolçuları oyuna hazırlamağa çalışır.

- Rəqibin hansı oyunlarını izləmisiniz?
- 19-cu turdan indiyə qədər əksər oyunlarına baxmışam. Qəbələ də bizim kimi qış hazırlığından sonra çoxlu xal itirdi. Əksər oyunlarda qələbə qazana bilmədi. Heyətində bir-birini tamamlayan güclü legionerlər var. Yəni xüsusilə bir-iki futbolçunu qeyd etmək olmaz. Təkcə, Subotiçin oyunu nəyə desən, dəyər.

- “Qəbələ” yalnız Daniel Subotiç deyil...
- Subotiçin yanında Mendi, Kamanan var. Uzun ötürmələrlə rəqiblərə problem yaradırlar. Cinahda Dodo kimi təcrübəli legioneri unutmaz olmaz. Üstəlik Marat İzmaylov, Ebesilio. Məncə, zəngin heyətə malikdirlər. Bu mənada, matçımız çətin mübarizə şəraitində keçəcək. Doğma meydanda oynadığımız üçün yalnız qələbə bizi razı sala bilər. 

- Əgər seçim olsaydı, “Qəbələ” ilə çempionat yoxsa kubok matçına üstünlük verərdiniz?
- Azərbaycan Kubokundakı yarımfinal mübarizəsi bu turdan başlayır. Biz hər iki görüşdə “Qəbələ”ni məğlub etməyə çalışacağıq. Çempionat matçını diqqətdən kənar qoya bilmərik. Köklənərək hazırlaşmaq lazımdır. Sözsüz, çempionatda iddiamız azdır. Kubokda isə finala çıxmaq istəyirik. Avrokuboklara gedən yol bizim üçün kubokdan keçir.

- “Xəzər Lənkəran”ın problemi nədədir? Niyə komanda sabit oyun sərgiləmir?
- Hələ hazırlıq dönəmində mövsüm ərzində bəzi problemlərin olacağını bilirdik. Müəyyən zamana və daha çox hazırlaşmağa ehtiyac var. Mən sadəcə, bir problemin adını çəkəcəyəm. Komandada yerli oyunçuların azlığını deyirəm. Bizim üçün önəmli amildir. Limitlə əlaqədar meydana yerli oyunçular da çıxmalıdır. Ən yaxşıları təbii ki, paytaxtda qalmaq istəyir və Lənkərana gəlmək istəmirlər. Əlbəttə, bu amili səbəb kimi göstərmirəm. Sadəcə, bəzi məqamlar var ki, yayda həll olunacaq.

- Heyətdə çox dəyişiklik olacaq?
- Mövsüm başa çatandan sonra komandanın rəhbərliyinə hesabat veriləcək. Ümidləri doğrultmayan bəzi futbolçularla vidalaşmağımız gözlənilir. Əgər rəhbərlik razılıq versə, həmin futbolçuları komandaya xeyir verəcək daha önəmlilərlə dəyişmək yaxşı olardı. “Xəzər Lənkəran” klubu adi komanda deyil. Klub rəhbərliyi komanda üçün hər cür şərait yaradır. Ona görə nəticə tələb etməyə haqqı çatır. Bizim güclü azarkeş ordumuz ən böyük qələbələrə layiqdir.

- “Xəzər Lənkəran” Azərbaycan Kubokunda finala vəsiqə qazansa, yenidən Neftçi ilə qarşılaşa bilər...
- Ötən mövsüm kubok finalda bu iki komandanın mübarizə aparmasından xəbərdaram. Hazırda biz “Qəbələ” ilə matç haqda düşünməliyik. Bundan sonra istərdik ki, finala adlayaq və orada “Neftçi” ilə mübarizə aparaq. “Neftçi” güclü komanda və Azərbaycanda bizim ən önəmli rəqibimizdir. Ötən mövsüm kubokun finalındakı nəticəni nəzərə alsaq biz revanş almağa çalışarıq. “Neftçi” psixoloji baxımdan daha çox təzyiq altında olacaq. Hər halda, gəlin, yarımfinalı gözləyək.

- Qarabağı çempion kimi təbrik etmək olar?
- Onlar hələ çempion olmayıb. 10 xal fərq böyükdür. Hamı gözəl anlayır ki, “Qarabağ”ın gözəl heyəti mövsümün sonuna qədər bu qədər səhv buraxa bilməz. Yəni 10 xal fərqin azalacağı real deyil. Sadəcə, çempionat bitmədən danışmaq düzgün olmaz. “Qarabağ” çempion olsun, sonra təbrik etmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.