4 aprel 2014 16:00
IFFHS Qarabağ FK ilə bağlı yanlışlığa yol verib
Beynəlxalq futbol tarixi və statistikası federasiyası (IFFHS) “Qarabağ” FK ilə bağlı yanlışlığa yol verib. Azerisport.az xəbər verir ki, “Qarabağ” dünya klublarının reytinqində Bakı təmsilçisi kimi göstərilib.
Halbuki, “Qarabağ” Ağdam təmsilçisidir.
Xatırladaq ki, “Qarabağ” beynəlxalq futbol tarixi və statistikası federasiyasının klublar üzrə reytinq cədvəlində 126 xalla 112-ci pillədə qərarlaşıb.
