4 aprel 2014 15:44
TPL lideri İPL liderini qabaqlayır
“Qarabağ” FK Beynəlxalq futbol tarixi və statistikası federasiyasının versiyası üzrə klubların reytinqində Azərbaycanın yeganə təmsilçisi olaraq qalır. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri 126 xalla 112-ci pillədə qərarlaşıblar və Serbiyanın “Voyvodina” klubu ilə eyni miqdarda xala sahibdirlər.
Qeyd edək ki, Ağdam klubu reytinq cədvəlində “Liverpul”, “Everton”, “Monako”, “Volfsburq” və CSKA (Moskva) kimi klubları qabaqlayır.
Reytinqə 383 xalla “Bavariya” liderlik edir.
