4 aprel 2014 15:00
Güvənc Kurtar: Sumqayıtla oyunun əhəmiyyəti artıb
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar azerisport.az saytına açıqlamasında komandasının TPL-in 29-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəyi oyun haqda fikirlərini bildirib:
“Premyer Liqanı 10-cu komandanın tərk edəcəyi məlum olduqdan sonra, bu oyunun əhəmiyyəti artıb. Bizi çətin oyun gözləyir. Rəqib də qələbəyə susayıb və bu oyun, maraqlı, gərgin keçəcək. Premyer Liqada mövqeyimizi qorumaq üçün bizə qələbə gərəkdir və özü də yalnız bu görüşdə deyil”.
