4 aprel 2014 14:14
Qurban Qurbanov: Sadıqovla müqavilə müddətinin uzadılmasında problem yaranmayacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov TPL-in 29-cu turu çərçivəsində AZAL-a qarşı keçiriləcək oyun və futbolçuların yeni müqavilələri haqda fikirlərini azerisport.az saytına bildirib:
“Oyuna ciddi hazırlaşırıq. AZAL həmişə bizim üçün çətin rəqib olub. Bizdən tez-tez xallar qoparıblar. Yeni məşqçiləri var və onun rəhbərliyi altında iki dəfə məğlub olublar. Bu oyun qarşısında kifayət qədər stimulumuz var”, deyə Qurbanov açıqlayıb.
“Müqavilələrə gəlincə, hələlik, Qara Qarayev və Hacı Əhmədovla müqavilələri yeniləmişik. Kiminin bir, kiminin iki il müddətində nəzərdə tutulmuş müqaviləsi var. Düşünmürəm ki, Rəşad Sadıqovla müqavilə müddətinin uzadılmasında problem yaransın. Hətta klub rəhbərliyi onun xidmətlərində maraqlıdır”, deyə Qurbanov qeyd edib.
