3 aprel 2014 12:44
Berti Foqtsun Amerika debütü
Dünən ABŞ yığması Meksika millisi ilə yoldaşlıq oyununda üz-üzə gəlib və oyun 2:2 hesabı ilə başa çatıb. Azerisport.az xəbər verir ki, bu görüş, millimizin baş məşqçisi Beti Foqts üçün ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmanın məsləhətçisi qismində debüt oyunu olub.
