İnterin baş məşqçisi AZAL-a gedişindən danışdı
“İnter” U-19 komandasının baş məşqçsi Vadar Nuriyevlə vidalaşıb. Azerisport.az xəbər verir ki, Nuriyev “İnter”in U-19 komandasına mövsümün əvvəlindən rəhbərlik etməyə başlamışdı.
O, bundan öncə klubun müxtəlif yaş qruplarıyla çalışmışdı. Nuriyev klubla vidalaşmasını belə şərh edib:
"İnter” mənim üçün xüsusi klubdu. Mən uzun müddət burada çalışmışam və bu müddət ərzində hamıyla yaxşı münasibətlərim formalaşıb. Bu yaxınlarda AZAL klubunun əsas komandasının məşqçilər heyətində çalışmaq təklifi aldım. “İnter”in rəhbərliyi məni buraxdı və buna görə minnətdarlığımı bildirirəm. Xoşdu ki, məni anladılar. Mənə göstərilən etimada görə klub rəhbərliyinə təşəkkür edirəm və “İnter”ə uğurlar arzulayıram”.
Xatırladaq ki, “İnter”in U-19 komandasının yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq.
