3 aprel 2014 00:22
Subaşiç oynadı, Orduspor xal itirdi
Futbol üzrə Türkiyə Birinci Divizionunda 33-ci turun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbolçumuz Branimir Subaşiçin komandası “Orduspor” öz meydanında “1461 Trabzon”u qəbul edib və 1:1 hesablı heç-heçə oynayıb.
Subaşiç meydanda 90 dəqiqə mübarizə aparıb.
Hazırda “Orduspor” 63 xalla yarış cədvəlində 2-ci sırada qərarlaşıb.
