3 aprel 2014 00:13
Yunisoğlu Dənizlisporla yollarını ayırdı
Türkiyənin “Teden Denizlispor” klubu futbolçumuz Saşa Yunisoğlu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytına “Teden Denizlispor”un prezidenti Mehmet Özsoy bildirib.
Onun sözlərinə görə, Yunisoğlunun uzun müddət davam edən zədəsi səbəbi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək qərara alınıb.
Özsoy müdafiəçiyə komandada çıxış etdiyi müddətə görə minnətdarlığını bildirib.
