3 aprel 2014 11:44

Saşa Yunisoğlu: Mənim ikinci Denizlisporum olmayacaq

Türkiyənin “Tekden Denizlispor” klubunun müdafiəçisi, futbolçumuz Saşa Yunisoğlu azrisport.az saytına müsahibəsində komandadakı gələcək taleyi haqda danışıb.
Xatırladaq ki, klub prezidenti Mehmet Özsoy yerli KİV-ə açıqlamasında bildirib ki, Yunisoğlunun uzunsürən zədəsi səbəbi ilə futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməsi qərara alınıb.
“Mənim Denizlidən gedəcəyim vaxt məsələsi idi. Klubun mənə, həmçinin futbolçulara 8 aylıq borcu və həmçinin, son iki oyuna görə mükafat haqqı qalır. Hər şey heç kimin heç nə almayacağına doğru gedir. Dünən komandadaxili toplantı keçirilib. Oyunçular borcları ödənilməyənə qədər məşqlərə çıxmamaq qərarına gəliblər”, deyə Yunisoğlu bildirib.
Futbolçumuz daha irəli gedərək, növbəti mövsümün də daxil olduğu müqaviləsinə xitam vermək qərarına gəlib: “Bu amil, mənim səbrimin son damlası oldu. Belə ki, mənim müqaviləm iki ilə nəzərdə tutulmuşdu. Mən klub prezidenti ilə görüşüb bildirdim ki, növbəti mövsümdə klubda qalmaq istəmirəm. Qarşılıqlı razılaşma əsasında qərar gəldik ki, 2014/15-ci illər mövsümündə mən komandada olmayacağam. Ancaq mayın sonlarına qədər mən “Tekden Denizlispor”un futbolçusu olaraq, qalacağam. Ancaq mən inanmıram ki, onlar borcları ödəyəcəklər və mən mövsümün sonun gözləmədən, Türkiyə futbol federasiyasına şikayət ərizəsi ünvanladım. Kluba borcları ödəmək üçün vaxt verəcəklər. Əgər “Tekden Denizlispor” yaxın vaxtlarda borcları ödəməzsə, bu halda, mən mövsümün sonunu gözləmədən, azad agent statusu alacağam”, deyə təcrübəli müdafiəçi qeyd edib.
Hələlik, Yunisoğlu növbəti mövsümə planları ilə tələsmir: “Ola bilsin ki, karyerama Vətəndə davam edəcəyəm. Türkiyədə qalmağımı da istisna etmirəm. Mənə maraq göstərmiş iki klub artıq var. Türkiyə klublarının xüsusiyyətləri mənən artıq məlumdur və mənim ikinci “Tekden Denizlispor”um olmayacaq. Hazırda federasiyadan azad agent olmağım və daha “Tekden Denizlispor”a məxsus olmadığım barədə rəsmi təsdiq sənədi gözləyirəm”, deyə Yunisoğlu fikrini tamamlayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.