3 aprel 2014 20:20
Berti Foqts: Mən Klinsmanın təklifinə dərhal razılıq verdim
Millimizin baş məşqçisi Berti Foqts ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmanın məsləhətçisi qismində işi haqda fikrini bildirib. Azerisport.az xəbər verir ki, Foqts Almaniya KİV-nə bunları söyləyib:
“Yurgen məndən DÇ-yə hazırlıqda ona kömək edə biləcəyimi soruşdu və mən dərhal razılıqla cavab verdim. Artıq bir neçə ildir ki, bizim yaxşı münasibətlərimiz var”.
Xatırladaq ki, ABŞ yığması DÇ-nin qrup mərhələsində Almaniya, Portuqaliya və Qana milliləri ilə mübarizə aparacaq.
