"İlk dövrədəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmaq istəyirik"
Məlum olduğu kimi, "Araz Naxçıvan" Azərbaycan 1-ci divizionunun 24-cü turu çərçivəsində doğma azarkeşləri önündə "Neftçala"nı qəbul edəcək. Azerisport.az xəbər verir ki, sözügedən komanda bu görüşə fasiləsiz hazırlaşır.
İlk dövrədə məğlub olan "qırmızı-ağlar" bu dəfə rəqibdən məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. Muxtar respublika təmsilçisinin üzvü Elgün Abbaslı klubun rəsmi saytına açıqlamasında bu görüşün əhəmiyyətindən danışıb:
"Əslində, biz bütün görüşlərə qələbə əzmi ilə çıxırıq. Çempion olmaq istəyən komanda bu nüansa fikir verməlidi. Aprelin 5-də keçirəcəyimiz oyun bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu matçda qələbə qazanıb çempionluq yolunda daha bir addım atmaq istəyirik. Həmçinin, ilk dövrədəki məğlubiyyətin də əvəzini artıqlaması ilə çıxmaq istəyirik. Baş məşqçimiz bu görüşdə mənə şans verərsə, meydana çıxıb bütün gücümlə oynayacam və komandamın qələbə qazanmasında pay sahibi olmağa çalışacam". (klub saytı)
