3 aprel 2014 16:33
Qurban Qurbanov: AZAL bizim üçün çətin rəqibdir
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına açıqlamasında Topaz Premyer Liqasının növbəti turunda AZAL ilə görüş haqda danışıb:
"Məşqlərə təzə başlamışıq. Bizim üçün AZAL çətin rəqibdir. Hazırlaşmaq lazımdır. Hazırkı dönəmdə çempionatda asan rəqib yoxdur. Hər görüşdə vacib xallar oynanılır. Bu məqamda bizim əsas məqsədimiz hər görüşdə qələbə qazanmaqdır. Lider olmağımız bizi arxayınlaşdırmamalıdır. Ona görə futbolçular hər bir rəqibə qarşı yüksək köklənmə ilə hazırlaşır. Matça qələbə üçün çıxacağıq. İtkilər yoxdur".
