3 aprel 2014 16:11
Yurgen Klinsmann: Foqtsun nəticələri öz sözünü deyir
ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann millimizin baş məşqçisi Berti Foqtsu məsləhətçi qismində komandasına cəlb etməyin səbəblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Klinsmann bunları söyləyib:
“Berti Foqtsun məşqçilik işinə böyük təcrübəsi var. O, Nigeriya yığmasını məşq etdirib. Oyun üslubuna görə bu komanda, DÇ-nin qrup mərhələsindəki rəqibimiz Qana ilə oxşardır. Həmçinin, onun Avropa komandaları ilə çox yaxın əlaqələri var. Bu da, Almaniya və Portuqaliya yığmalarının qrupumuzda yer aldığını nəzərə alsaq, çox vacibdir. Foqts barədə qərar asanlıqla qəbul edilib. Onun nəticələri öz sözünü deyir”.
