3 aprel 2014 15:22
AFFA tender elan etdi
Mayın 27-də, yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 28 may, 07:00) San-Fransisko şəhərində keçiriləcək ABŞ - Azərbaycan yoldaşlıq oyununun televiziyada canlı yayımı ilə bağlı AFFA tender elan edir. Azerisport.az xəbər verir ki, qarşılaşmanı canlı yayımlamaq istəyən televiziyalar aprelin 10-dək AFFA-ya müraciət edə bilər.
Yayım hüququ (texniki xərc daxil deyil) 15 min manat təşkil edir. AFFA həmin televiziyanın əməkdaşının bütün səfər xərclərini ödəməyi və şərhçi otağı ilə təmin etməyi öz üzərinə götürür.
(AFFA)
