3 aprel 2014 15:15
Güvənc Kurtar: Azərbaycanda Superliqada oynaya biləcək futbolçular var
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar müsahibəsində Azərbaycan futbolu, futbolçuların qiyməti və Bakı haqda fikirlərini bölüşüb. Azerisport.az Kurtarın müsahibəsini diqqətinizə çatdırır:
- Azərbaycan futbolunun səviyyəsi sizi məyus etmədi?
- Premyer Liqada bir neçə yüksək səviyyəli klub var. Yaxşı yarışdır və güclü futbolçular var. Məsələn, Superliqada oynaya biləcək futbolçular var. “A” Seriyasında, Braziliya çempionatında oyun təcrübəsi olan futbolçular var. Müxtəlif milli komandalardan olan futbolçular da z deyil.

- Mustafa Dənizli ilə bir yarışda iştirak etmək necədir?
- Türkiyədə biz bir yerdə işləmişik. Azərbaycan bizim ikinci Vətənimizdir. Ancaq biz görüşmürük. Onun komandası mənim komandamdan üç saatlıq məsafədə məskunlaşıb. Ancaq biz hələ onunla görüşəcəyik.

- Bəs burada futbolçuların maaşı necədir?
- Haradasa, beş-altı komandada ciddi pullar ödənir. Belə deyək, burada maaşlar haradasa Birinci divizionla Superliqa arasındadır.

- Bakı xoşunuza gəldi?
- Gözəl şəhərdir. Bununla belə, işimə görə doyunca gəzmək imkanı əldə etməmişəm. Burada yaxşı restoran və kafelər var. Düşünürəm ki, belə bir şəhərdə yaşayarkən, əcnəbilər uyğunlaşmaya çox vaxt sərf etmirlər.

- Nə vaxt “Rəvan”da Türkiyədən futbolçular görəcəyik?
- Belə bir fikrim yoxdur. Hələlik, əlimin altında olan futbolçularla nə edəcəyim barədə düşünürəm. Biz Azərbaycan Kubokunun yarımfinalına yüksəlmişik və bizi burada “Neftçi” kimi komanda ilə oyun gözləyir.

(DHA)