3 aprel 2014 13:48
Araz Naxçıvan stadionunu dəyişdi
Azərbaycan I Divizionunun 24-cü turunda "Neftçala"nı qəbul edəcək "Araz-Naxçıvan" PFK məşqlərinə ara vermədən davam edir. Azerisport.az xəbər verir ki, ötən həftə Naxçıvana yağan qar səbəbindən komanda stadionunu dəyişmək məcburiyyətində qalıb.
Belə ki, "qırmızı-ağlar" məşqlərini Sərhəd Qoşunlarına məxsus olan arenada davam etdirir. Çox güman ki, komanda oyun gününədək bu stadiondan yararlanacaq.
(Klub saytı)
