3 aprel 2014 01:36

Real darmadağınla qalib gəldi, Çelsi uduzdu

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, Liqa-1-in lideri PSJ öz meydanında "Çelsi"ni sınağa çəkibsə, Madrid “Real”ı ötən mövsüm yarımfinalda yolunu kəsən Dortmund “Borussiya"sı ilə münasibətlərinə aydınlıq gətirib.

Şübhəsiz ki, gecənin ən diqqət çəkən matçı da elə “Real" - "Borussiya" qarşıdurması olub. İngiltərəli referi Mark Klattenburqun idarə etdiyi oyun bu klublar arasında avrokuboklardakı 9-cu duel idi. Hansı ki, bu matçlarda “Kral klubu”nun 3:2 üstünlüyü vardı. 3 görüş isə bərabərliklə nəticələnmişdi. Bu qarşılaşmada isə "Real" ötən mövsüm ev oyununda bu komandadan aldığı ağır məğlubiyyətin əvəzini çıxmağı bacarıb.

Serbiyalı Milorad Maziçin idarə etdiyi günün digər oyununda isə Paris klubu üstün olub. Loran Blanın yetirmələri inamlı qələbəyə seviniblər. Amma Joze Mourinyolu "Çelsi" ən azı səfərdə vurduğu bir qolla təsəlli tapa bilər. İstənilən halda bu cütün taleyinə Londondakı cavab görüşündə aydınlıq gələcək. Xatırladaq ki, bu klublar avrokuboklarda cəmi 2 dəfə qarşılaşıb. Komandalar ÇL-in 2004/05 mövsümündə eyni qrupda yer alıblar. İngiltərədəki matç qolsuz başa çatsa da, “Çelsi” səfər oyununda PSJ-ni 3 cavabsız qolla məğlub edib.

Çempionlar Liqası
1/4 final
(İlk oyunlar)
2 aprel

PSJ (Fransa) - Çelsi (İngiltərə) - 3:1
Qollar: Lavetsi, 4, D.Luis, 61-öz qapısına, Pastore, 90+4 - Hazard, 27-pen.

Real (Madrid, İspaniya) - Borussiya (Dortmund, Almaniya) - 3:0
Qollar: Beyl, 3, İzko, 27, Ronaldo, 57.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.