3 aprel 2014 13:22
Rauf Əliyev: Neftçiyə qalib gəlmək lazımdır
“Bakı”nın hücumçusu Rauf Əliyev azerisport.az saytına açıqlamasında TPL-in 29-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək oyun barədə fikirlərini bildirib:
“Komanda bu oyuna tam heyətlə hazırlaşmır. Mən və daha beş-altı futbolçu ya zədəli ya da cəzalıdır. Bizi “Neftçi”yə qarşı maraqlı və vacib oyun gözləyir. Biz mükafatçılar üçlüyü və avrokuboklar uğrunda mübarizəyə davam edirik. “Neftçi”yə qalib gəlmək lazımdır. Mənim özümə gəlincə, zədəmi sağaldaraq, on gündən sonra sıraya qayıdacağam”.
