2 aprel 2014 12:25
Topaz Premyer Liqasında 28-ci turun ən yaxşıları
Topaz Premyer Liqasında 28-ci turun rəmzi komandası açıqlanıb. Azerisport.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən ötun turun ən yaxşı 11-liyi aşağıdakı kimidi:
Qapıçı – Səlahət Ağayev (İnter);
Müdafiəçilər – Bruno Bertuççi (Neftçi), Karlos Kardoso (Neftçi), Laşa Salukvadze (İnter), Mahir Şükürov (Neftçi);
Yarımmüdafiəçilər – Flavio Aleks Valensio (Neftçi), Lukas Mario Horvat (Bakı), Asif Məmmədov (İnter), Namiq Ələsgərov (Bakı);
Hücumçular – Reynaldo Silva (Qarabağ), Aleksandr İaşvili (İnter);
Turun ən yaxşı oyunçusu isə “Qarabağ”ın futbolçusu Reynaldo Silvadı.
