2 aprel 2014 00:11
Bild: Berti Foqts Böyük futbol səhnəsinə qayıtdı
Almaniyanın “Bild” nəşri millimizin baş məşqçisi Berti Foqtsun DÇ ərəfəsində ABŞ yığmasının düşərgəsinə təyin edilməsini şərh edib. Azerisport.az xəbər verir ki, “Bild” bunları qeyd edib:
“Berti Foqts Böyük futbol səhnəsinə qayıdıb. Bundestimin sabiq məşqçisi ABŞ yığmasının DÇ-dəki məsləhətçisi olub. Foqts köhnə tanışı Yurgen Klinsmannla görüşüb. Foqts və Klinsmann Almaniya futboluna son zəfəri gətirmiş cütlükdür. 1996-cı ildə onlar AÇ-dəki qələbəni birgə bayram ediblər. 18 il ötəndən sonra “Uembli”nin demək olar ki, bütün qəhrəmanları futbolla sıx bağlıdır”.
