2 aprel 2014 20:55
Mirhüseyn Seyidov: Üç turdan sonra Premyer Liqada çox şey aydın olacaq
“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov azerisport.az saytına açıqlamasında “Xəzər Lənkəran” üzərində qələbədən (1:0) və çempionluq mübarizəsindən danışıb:
“Lənkərandakı son oyundan sonra biz bu oyuna yaxşı köklənmişdik və revanş götürmək istəyirdik. Bu, bizə müyəssər oldu. Vacib üç xalı götürdük. Biz “Böyük oyun” adlanan oyunda qalib gəldik. Hazırda “Qarabağ”la fərq 10 xaldır. Biz rəqibin nə qədər xal itirəcəyi haqda düşünmürük. Öz oyunlarımızı udacağıq və bundan nə hasil olacağını gözləyəcəyik. Düşünürəm ki, üç turdan sonra çox şey aydınlaşacaq”.
