2 aprel 2014 11:44
Muarem: Makedoniya futbolun keyfiyyətinə görə üstündür, şərtlərə görə isə Azərbaycana uduzur
“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem Azərbaycan və Makedoniya futbolunu müqayisə edib. Azerisport.az xəbər verir ki, Muarem bunları söyləyib:
“Futbolu keyfiyyəti nöqteyi-nəzərindən biz irəlidəyik. Şərtlərə gəlincə isə biz Azərbaycana çox uduzuruq. Azərbaycanda demək olar ki, hər bir komandanın iki məşq meydanı olmaqla, öz bazası var. Oyunçular güclü liqalardan gəlir. İldən ilə burada oynamaq çətindən çətin olur. Biz “Qarabağ”la Avropa Liqasının pley-off raunduna gəlib çatmışıq və burada “Ayntraxt”a məğlub olmuşuq. Onlarla bərabər mübarizə aparmışıq”.
