2 aprel 2014 20:20
Güvənc Kurtar: Bu qərar, Rəvana qarşıdır və mənim bütün planlarımı pozur
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar azerisport.az saytına açıqlamasında mövsümün yekunlarına görə TPL komandalarından birinin turniri tərk edəcəyi ilə bağlı mümkün ehtimalı şərh edib:
“Məqsədimiz əvvəlki kimi, ölkə Kubokunda qələbədir. Premyer Liqada biz daha çox yerli oyunçulara etibar edirdik. Axı onlara oyun təcrübəsi lazımdır. Əgər indi və burada oynamasalar, ancaq toy və diskotekalarda oynayacaqlar. Zaqatalada mən birdən-birə doqquz gənc yerli futbolçunu meydana buraxdım. Futbol ictimaiyyəti u cəhd üçün bizi dəstəkləməlidir. Legionerləri meydana buraxmaqla, Azərbaycan futbolunu dirçəldə bilməzsən. Futbolçuların inkişaf etməsi üçün çoxlu oyunlar keçirmək lazımdır. Oyunların sayını artırmaq lazımdır. Bu qərar, Rəvana qarşıdır və mənim bütün planlarımı pozur. Ancaq artıq qərar veriblər və bizə Premyer Liqada qalmaq üçün çarpışmaqdan başqa heç nə qalmır. Düşünürəm ki, sonuncu olmamaq üçün kifayət qədər gücümüz var”.
