2 aprel 2014 18:18
Özkara komandasının məşqində iştirak etməyib
Millimizin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” Türkiyə Superliqasının növbəti turu çərçivəsində “Bursaspor”a qarşı keçirəcəyi oyuna hazırlığını davam etdirir. Azerisport.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Cihan Özkara və komandanın digər dörd futbolçusu son hazırlıq məşqində iştirak etməyib.
Özkaranın məşqdə iştirak etməməsinin səbəbi ailə vəziyyəti ilə bağlıdır.
