2 aprel 2014 18:00
Tomas Helmer: Almanlar Foqtsla ehtiyatlı olmalıdır
Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Tomas Helmer “bundestim”i ABŞ yığmasına qarşı diqqətli olmağa çağırıb. Azerisport.az xəbər verir ki, buna səbəb, millimizin baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmana məsləhətçi təyin edilməsidir:
“Mən Foqtsun xasiyyətinə bələdəm. O, rəqibləri yaxşıca öyrənir və əminəm ki, o, Klinsmana bütün lazımı informasiyanı təqdim edəcək. Almanlar ehtiyatlı olmalıdır”.
