2 aprel 2014 17:22
Qarabağın AZAL-a qarşı hazırlığı
“Qarabağ” AZAL-a qarşı oyunun hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 29-cu turunda “təyyarəçilər”in qonağı olacaq komanda günü tək məşqlə keçirəcək.
Komandanın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın sonuncu turunda baş tutmuş “Qəbələ” ilə oyundan (3:0) sonra, dünəni komandaya istirahət vermişdi.
“Qarabağ”ın çalışması 17:00-da Suraxanı qəsəbə stadionunda keçiriləcək. Məşqdə bütün futbolçuların iştirak etməsi gözlənilir.
Xatırladaq ki, AZAL - ”Qarabağ” oyunu aprelin 5-i şənbə günü 17:00-da keçiriləcək.
(Klub saytı)
