2 aprel 2014 17:11
Millimizlə oyun ərəfəsində Bolqarıstan yığması Kanada komandası ilə qarşılaşacaq
Futbol üzrə Bolqarıstan yığması Avstriya toplanışı çərçivəsindəki rəqibi ilə müəyyənləşib. Azerisprot.az Bolqarıstan KİV-nə istinadən xəbər verir ki, Lyuboslav Penevin komandası mayın 23-də Kanada yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, Bolqarıstan AÇ-2016-nın təsnifat mərhələsinin “H” qrupunda millimizin rəqibidir. Həmçinin, qeyd edək ki, millimizin Bolqarıstan yığmasına qarşı oyunu, bu qrupun ilk görüşü olacaq.
