2 aprel 2014 15:44
Samir Abbasov: Sumqayıt Premyer Liqanı tərk etməyəcəyini biləndə, bir qədər arxayınlaşmışdı
“Sumqayıt”ın kapitanı Samir Abbasov azerisport.az saytına açıqlamasında mövsümün yekunlarına görə TPL komandalarından birinin turniri tərk edəcəyi ilə bağlı mümkün ehtimalı şərh edib:
“Gizlətmirəm ki, Premyer Liqanın heç bir komandanının tərk etməyəcəyi məlum olanda, komanda bir qədər arxayınlaşmışdı. İndi yenə köklənməli və son pilləni tərk etməliyik. Ancaq düzünü deyim, mən hesab edirəm ki, yarışın hazırkı formatı ən münasibdir. Bax, görün mövsüm necə maraqlı keçir. Sadəcə, qərarları həddən artıq dəyişməyə başlayıblar. Ümid edirəm ki, bu qərar “Sumqayıt”da əksini tapmayacaq və biz TPL-də öz mövqeyimizi qoruya biləcəyik. Qarşıda səkkiz tur var. Hər şey öz əlimizdədir”.
