2 aprel 2014 15:33
Bəhruz Şirəliyev: Rəvan birinci divizionda? Bu, ağlasığmazdır!
“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev azerisport.az saytına açıqlamasında mövsümün yekunlarına görə TPL komandalarından birinin turniri tərk edəcəyi ilə bağlı mümkün ehtimalı şərh edib:
“AFFA rəhbərinin qərarına normal yanaşırıq. Bu, idman prinsipləridir və hər yerdə, həmişə gözlənilməlidir. Hətta bu qərar qədər, biz arxayınlaşmamışdıq və hər oyunda qələbəyə oynayırdıq. Ancaq bundan sonra, işimizə daha da ciddi yanaşacağıq. Rəvan birinci divizionda? Bu, ağlasığmazdır. Bunu hətta təsəvvür edə bilmirəm”.
