2 aprel 2014 15:00
Neftçi kapitanını geri qaytardı
“Neftçi”nin kapitanı Rəşad Sadiqov komandanın əsas heyətinə qaytarılıb. Azerisport.az xəbər verir ki, əvəzedicilərin heyətindən əsas heyətə Tərlan Quliyev də keçirilib.
“Dünəndən etibarən, hər iki futbolçu komandanın əsas heyətində “Bakı”ya qarşı oyuna hazırlaşır. Məşqçi qərargahı əvəzedici heyətdə mütəmadi olaraq onların oyununu izləyib. Qeyd edim ki, futbolçular əvəzedici komandaya heç bir cəza tədbiri ilə bağlı deyil, yalnız qeyri-qənaətbəxş idman forması səbəbi ilə göndərilmişdi”, deyə klubun vitse-prezidenti Tahir Süleymanov bildirib.
