2 aprel 2014 13:55
Syomin oyunçularına mətbuatla əlaqələrdən uzaq dayanmağı məsləhət gördü
“Qəbələ” TPL-in 29-cu turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyuna hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, cəzalı Elnur Allahverdiyevdən başqa, bütün futbolçular meydana çıxmağa hazır olacaqlar.
Baş məşqçi Yuri Syomin ötən turda “Qarabağ”a böyükjhesablı məğlubiyyətdən sonra futbolçularında növbəti oyuna köklənməyi xahiş edib və imkan daxilində mətbuatla əlaqələrdən uzaq dayanmağı məsləhət görüb.
