Barselona Atletikoyla, MY Bavariyayla sülh bağladı
UEFA Çempionlar Liqasında 1/4 final həyacanı start götürüb. Azerisport.az xəbər verir ki, adını son 8 klub arasına yazdırmış iştirakçılardan 4-ü ötən gecə qüvvəsini sınayıb.
Qarşılaşmalardan birində La Liqanın liderləri - "Atletiko" və "Barselona", digərində Çempionlar Liqasının son qalibi "Bavariya" və İngiltərə nəhəngi "Mançester Yunayted" qarşılaşdı.
La Liqadan tanış rəqiblər olan "Barselona" və "Atletiko" "Nou Kamp"da üz-üzə gəldi. Cari mövsüm 3 dəfə (2 dəfə İspaniya Superkuboku, 1 dəfə La Liqa) qarşılaşan komandalar hər 3 matçda da meydanı bərabərliklə tərk etmişdi. Elə bu oyunda da tərəflər qalibi müəyyən edə bilmədilər. Odu ki, yarımfinala çıxacaq komandanın adına Madriddəki cavab qarşılaşmasında aydınlıq gələcək.
Gecənin digər matçı isə İngiltərədə keçirildi. Burada "Mançester Yunayted" turnirin mütləq favoritlərindən sayılan və öncəki mərhələdə digər ingilis nəhəngi “Arsenal”ı mübarizədən kənarlaşdıran "Bavariya"nı qəbul etdi. Günün digər matçında olduğu kimi, bu oyunda da qalib müəyyənləşmədi. Bu üzdən hər şey Münhendə öz cavabını tapacaq.
Çempionlar Liqası
1/4 final
1 aprel
Barselona (İspaniya) - Atletiko (İspaniya) - 1:1
Qollar: Neymar, 71 - Dieqo, 56.
Mançester Yunayted (İngiltərə) - Bavariya (Almaniya) - 1:1
Qollar: Vidiç, 58 - Şvaynştayger, 67.
