2 aprel 2014 01:00

Abışovdan başqa, hamı oynayır!

Görünür, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ruslan Abışçovun “Rubin”dəki karyerası sona çatmaq üzrədir. Azerispoirt.az xəbər verir ki, futbolçu məşqçi qərargahının ona olan münasibətindən narazıdır.
Son məşqlərin birində isə Abışov ümumi qrupdan ayrı məşq etməkdən imtina dərək, meydanı vaxtından əvvəl tərk edib.
Ancaq Abışovu Kazana gətirən Qurban Berdıyevi əvəzləmiş “Rubin”in yeni baş məşqçisi, Renat Bilyaletdinov əvvəlcə, futbolçuya pis münasibət bəsləmirdi. Hətta Antalyada Berti Foqtsla görüşmüş və yaxşı danışdığı almancada dialoq da aparmışdı. Abışov iki yoxlama oyununda iştirak etmiş və hər dəfə Kazana yeni ümidlərlə yollanmışdı.
Ancaq komandanın məşqlərinin birində “Rubin”in əsas heyətinə düşməkdən ümidi üzülmüş Abışov, necə deyərlər, “özündən çıxdı”.
“Bütün Sotsqorod müdafiəçinin butslarını ataraq, məşqdən getməsini müzakirə edir. Bu, məşqçi qərargahının komandaya “Abışovdan başqa, hamı oynayır!” əmrini verdikdən sonra baş vermişdi.
İlk baxışdan, Abışovun “Rubin”ə keçidi Qurban Berdıyevin transfer dövrünün özünəməxsus hadisəsi idi. Azərbaycan çempionatından heç kimin tanımadığı bir “adsız”, müdafiə modelinin vurğununun şəxsi dəvəti ilə Kazana buyurur. Ancaq hər şey belə sadə deyildi. Abışov “Rubin”də səbirlə öz şansını gözləyərkən, Almaniya yığmasını AÇ-96-da zəfərə daşımış Berti Foqts onu yığmada müdafiənin kənar daşı qismində istifadə edirdi.
Vətəndə Abışova mədhiyyələr oxuyurlar və onun necə zor olduğunu deyirlər. Kazanda isə onun gələcəyi - skamyadır. Şaronov, Burlak mərkəzdə, Nabiullin Kuzminlə cinahlarda və limit şərtləri altında yer aldığı bir halda, Abışova heyətdə yer almağa ümid etmək, lazım belə gəlmir. Ancaq oynamaq istəyir, yaş da ən münasibdir - 26 yaş. Bizim məlumatlarımıza görə, “Rubin” müdafiəçiyə qiymət də qoyub - 400 min avro”, fikirlərini “Sport kak on yest” nəşri səsləndirib.
İndi Ruslanın karyerasını harada davam etdirəcəyi sualı əsasdır. O, Azərbaycana qayıtmaq istəmir və bunu dəfələrlə vurğulayıb. Ancaq onun başqa seçiminin olmaması tamamilə mümkün ola biləcək bir haldır. Xüsusən, Abışovun oyun təcrübəsinin yoxluğundan şəxsən Foqtsun özü çox narazıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.