1 aprel 2014 13:00
AFFA İK I Divizionun cərimə və cəzalarını açıqladı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda AFFA bayrağı altına keçirilmiş yarışlarda baş vermiş neqativ hallar müzakirə edilib, müvafiq cərimə və cəzalar açıqlanıb.
30 mart 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXIII turunun “Bakılı” - “Mil-Muğan” matçının 51-ci dəqiqəsində “Bakılı” klubunun 14 №-li futbolçusu Əli Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
30 mart 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXIII turunun “Qaradağ Lökbatan” - “Araz Naxçıvan” oyunun 88-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 30 №-li futbolçusu Taleh Muradov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
30 mart 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXIII turunun “Ağsu” - “Karvan” matçında hər iki klubun 4 futbolçusu sarı ilə vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 23-cü dəqiqəsində “Karvan” klubunun 6 №-li futbolçusu Ceyhun Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
(AFFA)
