1 aprel 2014 12:48
Rəvanla AZAL əvəzedicilərinə görə cərimələndi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda AFFA bayrağı altına keçirilmiş yarışlarda baş vermiş neqativ hallar müzakirə edilib, müvafiq cərimə və cəzalar açıqlanıb.
27 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “Sumqayıt” - AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
29 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “İnter” - “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
(AFFA)
